Azərbaycana gətirilən düyünün idxal qiyməti 22% artıb

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana 15 milyon 303 min dollar dəyərində 14 min 421 ton düyü idxal edilib.

Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 9.6% və ya 1 milyon 346 min dollar artıb, həcm baxımından isə 10.1% və ya 1627 ton azalıb. Ötən ilin yanvar-fevral aylarında Azərbaycana 13 milyon 957 min dollar dəyərində 16 min 48 ton düyü idxal edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana gətirilən düyünün 1 kiloqramının orta idxal qiyməti illik müqayisədə 22% artaraq 1.8 manat təşkil edib.

Xatırladaq ki, bu ilin ilk iki ayında düyü idxalı Azərbaycanın ümumi idxalının 0,63%-nə bərabər olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı