“Barselona”nı iqtisadi bataqlıqdan çıxaracaq təklif - Şans ayaqlarına gəldi

“Barselona” ən yüksək maaş alan oyunçuları ilə yollarını ayıra bilər.

Metbuat.az xəbər verir ki, “Braselona” Robert Levandovski üçün 100 milyon avroluq təklif alıb. “Mundo Deportivo”da yer alan xəbərə görə, təklif Səudiyyə Ərəbistanı klublarının birindən gəlib. İqtisadi çətinlikləri olan “Barselona” üçün bu təklifin sərfəli olduğu bildirilir.

Qeyd edək ki, bundan əvvəl “Barselona”nın Rafinya üçün Səudiyyə Ərəbistanı klublarının birindən 80 milyon avroluq təklif aldığı irəli sürülmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR