"Ədalətli nəticə oldu" - Bolqarıstan millisinin baş məşqçisi

Bolqarıstan millisinin baş məşqçisi İliyan İliyev "FIFA series – Edition 2024" layihəsi çərçivəsində bu gün Bakıda Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan mətbuat konfransı keçirib.

Metbuat.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb:

- Azərbaycan millisi sizi təəccübləndirə bildi?

- Xeyr, təəccüblənmədim. Azərbaycan millisi yaxşı komandadır. Onların İsveç və Avstriyaya qarşı matçlarını izləmişdik. "Qarabağ" avrokuboklarda yaxşı çıxış edir. Millidə yaxşı oyunçular oynayır.

- Millidə oğlunuz İliyan İliyev çıxış edir. Onun çıxışından razı qaldınız?

- Millinin oyunçuları ilə bağlı istəmirəm, hansısa şərh verim. İstər oğlum olsun, ya başqası.

- Hakimin simpatiyasını hiss etdiniz? Çünki vurduğunuz qoldan öncə top bolqarıstanlı oyunçudan çıxmışdı...

- Çox yaxşı oyun alındı. Hər üç nəticə mümkün idi. Azərbaycanın da hesab 0:0 olarkən şansları var idi. Biz də 1:0 öndə olanda növbəti qolu vura bilərdik. Ədalətli nəticə oldu. Gəlin hakimə yüklənməyək. Hər iki komanda yaxşı futbol nümayiş etdirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı