“Roma”dan istefaya göndərilən Joze Mourinyo ilə bağlı yeni iddia ortaya atılıb.
Metbuat.az xəbər verir ki, “Çelsi” azarkeşləri portuqaliyalı çalışdırıcının kluba gətirilməsi barədə çağırış edib. İddialara görə, “Çelsi” rəhbərliyi də Maurisio Poçettinonun rəhbərliyi altında bu mövsüm uğurlu oyun nümayiş etdirə bilməyən kluba Joze Mourinyonu gətirməyi nəzərdən keçirir. Məlumata görə, “Bavariya” rəhbərliyi də mövsümün sonunda klubdan gedəcək Tomas Tuçelin yerinə Joze Mourinyonu gətirmək istəyir.
İddialara görə, Mourinyo “Bavariya”nın təklifinə razılıq verib və artıq alman dilini öyrənməyə başlayıb.