Casusluqda təqsirləndirilən qadının məhkəməsi başlayır

Gəncə Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Validə Yusifovanın cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Metbuat.az xəbər verir ki, V.Yusifova Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

İş üzrə ibtidai istintaq tamamlanıb və toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Ona qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin hazırlıq iclası aprelin 15-nə təyin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı