Qaraciyər üçün ən faydalı üç qida

Qaraciyər qarın boşluğunun yuxarı sağ hissəsində yerləşən bədənin ən böyük orqanlarından biridir. Vitamin və mineralların saxlanması, qanın laxtalanması faktorlarının istehsalı, ferment və zülal sintezi, yağ və şəkərin saxlanması kimi bir çox həyati funksiyaları vardır.

Metbuat.az xarici mediaya istinadən qaraciyər sağlamlığına faydalı 3 qidanı təqdim edir:

Yaşıl çay - sağlamlığa faydaları baxımından çox qiymətli bir qidadır. Müntəzəm yaşıl çay içmək vərdişi olan fərdlərdə qaraciyər yağının, xüsusilə də spirtsiz qaraciyər yağının müalicəsinin əhəmiyyətli təsir göstərir.

Sarımsaq - Əsrlər boyu təbii antibiotik kimi tanınan sarımsaq qaraciyər sağlamlığı üçün də faydalıdır. Sarımsaq antioksidan və antiinflamatuar təsiri sayəsində qaraciyərin iltihabının qarşısını alır.

Üzüm - Qaraciyər üçün faydalı olan başqa bir qida olan üzümdə xüsusilə qırmızı və bənövşəyi növlərdə resveratrol adlı çox faydalı komponent var. Resveratrol, çox güclü antioksidantdır. Qaraciyər xərçəngi və qaraciyər iltihabı başda olmaqla bir çox xəstəliyə qarşı qorunma təmin edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı