Yanğın zamanı 45 nəfər təxliyə edildi, 4 nəfər xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

Aprelin 6-da saat 09:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu, Azadlıq prospektində mənzildə yanğın olması səbəbilə çağırış daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

    Qeyd olunub ki, hadisə yerinə dərhal 9 təcili yardım briqadası cəlb olunub. İlkin məlumata əsasən, 2 nəfər (qadın cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 2 nəfər isə (qadın cinsli) bud sümüyünün sınığı, onurğanın küt travması diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

    10 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib.

    10:32

    FHN-in "112" qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ceyhun Hacıbəyli küç., 150 ünvanında yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

    Metbuat.az xəbər verir ki, hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülüməsi istiqamətində tədbirlər davam etdirilir.

      ***

      10:03

      Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

      Metbuat.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

        Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

        Əlavə məlumat veriləcək.


        Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
        0552252950 (Whatsapp)

        BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

        Media Savadlılığı