Almaniya Bundesliqasında 28-ci turun 6 oyunu baş tutub.
Metbuat.az xəbər verir ki, “Bavariya” səfərdə debütanta uduzub.
“Pivəçilər” “Haydenhaym”la matçda 2:0 hesabı ilə önə keçsələr də, fasilədən sonra vəziyyət 180 dərəcə dəyişib. Meydan sahibləri 3 dəfə fərqlənərək, “Bavariya”ya ardıcıl 2-ci məğlubiyyəti yaşadıb.
Lider “Bayer” səfərdə “Union Berlin”ə qalib gəlib. Oyunu taleyini həll edən yeganə qolu Virts vurub. Bu qələbədən sonra 76 xal toplayan Leverkuzen klubu 2-ci pillədə qərarlaşan “Bavariya”nı 16 xal qabaqlayır.