Bakıda “Makarov”la gəzən şəxs tutuldu - VİDEO

Bakının Xəzər rayonu, Binə qəsəbəsində üzərində “Makarov” gəzdirən şəxs saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Mehdi Rzayev üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.

Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 8 ədəd patron və 1 kiloqrama yaxın psixotrop maddə metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, cari ilin 1-ci rübündə Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşlarının əməkdaşları narkotiklərin dövriyyəsinə qarşı 42 əməliyyat keçirilib. Dövriyyədən 5 kiloqrama yaxın narkotik vasitə çıxarılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR