Hava ilə bağlı XƏBƏRDARLIQ

Hazırda ölkə ərazisində duman müşahidə olunur. Duman ilin keçid dövrləri üçün xarakterik olan əsasən gecə və səhər saatlarında müşahidə edilən atmosfer hadisəsidir.

Metbuat.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, yer səthinə yaxın hava qatında su buxarlarının kondensasiyası nəticəsində duman əmələ gəlib.

Xəzər dənizi üzərində formalaşan duman qatı cənub-şərq istiqamətli küləklər vasitəsilə Abşeron yarımadasına hərəkət edib.

Bakıda və Abşeron yarımadasında: Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adası, Daşkəsən, Göygöl, Şəmkir, Qax, Balakən, Şəki, Qrız, Yevlax, Göyçay, Cəfərxan, Lerikdə duman müşahidə olunur və görünüş 50-200 metrədək məhdudlaşıb.

Cənub-şərq küləyinin axşama doğru şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da dumanın dağılmasına səbəb olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı