Nura Suri: "Həmin xəbərə görə hamı məni söyürdü, polisə verdim"

Müğənni Nura Suri haqqında saxta xəbər başlıqları yayan şəxsi polisə verib.

Metbuat.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında paylaşım edib.

"Polis şikayətimə baxdı. Feysbukda bir səhifə və sayt mənim haqqımda yazılan xəbərə elə bir başlıq qoymuşdu ki, hamı da girib orada məni söyürdü. Düşünürəm ki, məqsədyönlü yazılmışdı. Çünki girib baxdım ki, bütün müğənnilərin haqqında xəbərlərə elə başlıq yazırlar. Polisdən zəng vurdular, məni çağırıblar gedib o adamla üzləşəcəyəm. Niyə belə bir addım atdığını və kim olduğunu biləcəyəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR