Cari ilin yanvar-mart aylarında Azərbaycana 26 366.88 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
Metbuat.az-ın Dövlət Gömrük Komitəsinin (DGK) rüblük hesabatına istinadən xəbərinə görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 0.5 faiz artım deməkdir.
Qeyd edək ki, ötən il ölkəyə 13 868.92 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.