"Albalı" kartının istifadəçisi Dubaya səyahət qazandı (FOTO)

"Albalı" kartının istifadəçisi Dubaya səyahət qazandı (FOTO)
18:28 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

20 manata Dubayda 1 həftə 5 ulduzlu oteldə əla istrahət, üstəlik 2 nəfərlik səyahət paketi ilə. Mümkünsüz deyilən nəsə yoxdur. Çünki "Unibank" ASC-nin müştərisi Simuzər Cavadzadə artıq möhtəşəm Dubay səyahətinə getməyə hazırlaşır.

Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, Simuzər xanım ALBALI kartı ilə alış-veriş edərək, arzularını reallaşdırıb. Müştərilərinə Yeni il hədiyyəsi hazırlayan "Unibank"dan əsas mükafatı Simuzər Cavadzadə qazanıb: “Mən neçə ildir "Unibank"ın müştərisiyəm. Həyatımda ilk dəfədir ki, lotereyada hədiyyə qazandım və bu hədiyyəni də ALBALI kartım qazandırdı mənə. ALBALI kartla həm alış-veriş edirəm, həm də lazım olanda nağd pul çıxarıram. Bu yaxınlarda ad günüm olacaq. "Unibank" mənə ilk, həm də ən gözlənilməz və qiymətli ad günü hədiyyəsi etdi”.

"ALBALI və ALBALI PLUS kartınızla əməliyyat edin və qazanın" lotereyası çərçivəsində "Unibank"ın 5 müştərisi “İphone 6” mobil telefonu, 30 nəfər isə pul mükafatı qazanıb. 15 noyabr 2014- 5 yanvar 2015-ci il tarixlərində ALBALI və ALBALI PLUS kartları ilə Azərbaycanda və xaricdə 20 manatlıq və daha çox nağd və ya nağdsız, o cümlədən onlayn əməliyyat edən şəxslər lotereyanın iştirakçısı olublar.

"Unibank" dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan “The Banker” jurnalı tərəfindən “İlin bankı” seçilib. “The Banker” jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə, "Unibank"ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda “Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2354827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR