Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti finalçı bəlli oldu

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşib.

Metbuat.az-ın məlumatına görə, "Abşeron” cavab matçında "Murov Az Terminal"a məğlub olub - 1:3 (25:21, 20:25, 19:25, 20:25). İki oyundan sonra tərəflər hərəyə eyni hesabla bir qələbə qazandığına görə "Qızıl set"ə ehtiyac duyulub. Burada isə rəqibini üstələyən (15:11) "Abşeron" finala yüksəlib.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər qarşılaşmasında "Azərreyl" və "Gəncə" kollektivləri qarşılaşıb. Hər iki oyunda qələbə qazanan paytaxt təmsilçisi adını finala yazdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR