BDU-nun tələbəsi faciəvi şəkildə vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Ramil Aqil oğlu Nəsirov vəfat edib.

Metbuat.az xəbər verir ki, hadisənin Xırdalan şəhəri "AAAF Park" yaşayış kompleksində qeydə alındığı bildirilir. Belə ki, orada kirayə yaşayan 21 yaşlı Ramil Nəsirov özünü asaraq həyatına son qoyub. Faktla bağlı araşdırma aparılır.

2020-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinə Tərcümə (fars dili) ixtisası üzrə qəbul olunmuş Ramil Nəsirov Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib.

2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR