"Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdü"r

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, Xorvatiya, Macarıstan, Moldova, Misir, Nepal, İordaniya, Küveyt, Türkiyə, Braziliya və digər ölkələri təmsil edən iştirakçılar yekun mərasim zamanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin çıxışını dinləyiblər.

Prezidentin köməkçisi Hikmət Hacıyev Qarabağın işğaldan azad edilməsi fonunda Azərbaycanın yürütdüyü xarici siyasət kursundan və geosiyasi kimliyindən, həmçinin Şimal-Cənub və Şərq-Qərb nəqliyyat yollarının kəsişməsində yerləşən ölkəmizin iqtisadi münasibətlərindən bəhs edib.

Çıxış zamanı COP29-a toxunan Hikmət Hacıyev Azərbaycanın bu nüfuzlu tədbirə ev sahibliyi etməsini diplomatik və siyasi cəsarətimizin təcəssümü və yaşıl enerjiyə transformsiya kimi qiymətləndirib, sonda iştirakçıların müxtəlif mövzulardakı suallarını cavablandırıb.

Mərasimdə çıxış edən ADA Universitetinin Rektoru, səfir Hafiz Paşayev “Xəzər Hövzəsi Araşdırmaları” proqramının yalnız ADA Universitetini deyil, eyni zamanda Azərbaycanı dünyaya tanıdan bir platforma olduğunu bildirib.

İştirakçıları ölkəmiz barədə öyrəndiyi bilikləri öz həmkarları ilə də bölüşməyə səsləyən Rektor Paşayev proqramda təmsil edilən ölkələrlə ADA Universitetinin əlaqələrinin genişlənəcəyinə əminliyini ifadə edib. Sonda çıxışçılar 18 ölkəni təmsil edən iştirakçılara sertifikatlarını təqdim ediblər, onlarla xatirə fotosu çəkdiriblər.

Qeyd edək ki, iştirakçılar proqram çərçivəsində aprelin 18-i Ağdama səfər edərək Cümə Məscidini, Konqres Mərkəzini, Şəhidlər Xiyabanını və digər yerləri zayarət ediblər, buradakı bərpa və quruculuq işləri ilə tanış olublar.

Əlavə edək ki, ADA Universitetinin professor-müəllim heyətinin, müxtəlif dövlət qurumlarının və beyin mərkəzlərinin yüksəksəlahiyyətli nümayəndələri birhəftəlik proqram çərçivəsində iştirakçılar qarşısında mühazirələrlə çıxış ediblər. Həmin mühazirələr regionun geosiyasi, mədəni və iqtisadi quruluşu, həmçinin bərpaolunan enerji üzrə inkişaf strategiyası kimi bir çox aktual mövzuları əhatə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR