​“Fənərbaxça”nın gündəmində olan Mourinyo İstanbula gəldi

“Fənərbaxça”nın gündəmində olan Joze Mourinyo İstanbula gedib.

Metbuat.az xəbər verir ki, Mourinyonun İstanbula səfər etməsi müzakirələrə səbəb olub. Bəzi mənbələr onun baş məşqçilik barədə danışıqlar aparması üçün İstanbula gəldiyini irəli sürüb. “Ajansspor”un xəbərinə görə, Mourinyo hansısa komanda ilə görüşmək üçün deyil, reklam çəkilişləri üçün Türkiyəyə gəlib.

Qeyd edək ki, İtaliya mediası “Fənərbaxça”, “Napoli”, “Juventus”, “Nyuklasl Yunayted” və Səudiyyə Ərəbistanı komandalarının Mourinyo ilə maraqlandığını yazmışdı. Bildirilir ki, Mourinyo daha iddialı klubda işləmək istədiyi üçün onun “Fənərbaxça”nı seçməsi sürpriz olar. Qeyd edək ki, Türkiyə mediası da “Fənərbaxça”nın çempion olmayacağı təqdirdə mövsümün sonunda Joze Mourinyonu transfer edə biləcəyini yazmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR