Azad edilmiş rayonlarda sənaye məhsulu istehsalı 70% artıb - SİYAHI

2024-cü ilin yanvar-mart aylarında işğaldan azad edilmiş rayonlarda 33 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 69.2% və ya 13.5 milyon manat artıb. Belə ki, ötən ilin müvafiq dövründə azad edilmiş ərazilərdə 19 milyon 514 min manat dəyərində sənaye məhsulu istehsal edilib.

    Qeyd edək ki, hesabat dövründə ən çox sənaye məhsulu Ağdam ( 11 456) rayonunda istehsal edilib.

    Cədvəldə cari ilin yanvar-mart ayları ərzində işğaldan azad edilmiş rayonlar üzrə istehsal edilmiş sənaye məhsulunun həcmi verilib.

    Azad edilmiş rayonlarSənaye istehsalı 2024-cü il.Sənaye istehsalı 2023-cü il. min manat
    Ağdam114568194
    Füzuli105507157
    Laçın4172902
    Şuşa21041193
    Qubadlı1538169
    Kəlbəcər1278470
    Cəbrayıl972982
    Zəngilan497352
    Xocavənd41269
    Xocalı3326

    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı