“Fənərbaxça” ilə anlaşdığı deyilən Mourinyo dilə gəldi

“Roma”dan istefaya göndərilən Joze Mourinyo karyerası ilə bağlı diqqət çəkən açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, o hələlik layihəsinin olmadığını bildirib.

"Heç bir layihəm yoxdur. Mənim həmişə çətin karyeram olub. Bilirəm ki, insanlar həmişə məndən qalib gəlməyi gözləyirlər, hətta qalib gəlmək üçün yaradılmış komandaları çalışdırsam belə. Son iki ildə iki dəfə avrokubokların finalına çıxdım. Məşqçi olmaq istəyirəm. Bu, həyatımın əsas hissəsidir. Bunu etmədən xoşbəxt ola bilmərəm” - Mourinyo deyib.

Mourinyo ölkəsi Portuqaliyadan heç bir klubdan təklif almadığını da bildirib. Qeyd edək ki, Joze Mourinyonun “Fənərbaxça” klubu ilə şifahi razılıq əldə etdiyi barədə xəbərlər dərc edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı