“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində növbəti tədbir keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə Mərkəzin direktoru professor Sevinc Əliyeva, mütəxəssislər Gülnar İsmayılova, Günel Cəbrayılova və Vüqar Qurbanov, həmçinin Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova və müəllim-şagird heyəti iştirak edib.

Çıxış edənlər – Aygün Mikayılova və Sevinc Əliyeva tədbirin ümummilli lider Heydər Əliyevin doğum gününə təsadüf etməsindən məmnunluq hissi duyduqlarını bildirərək ulu öndərin təhsil sahəsinə xüsusi diqqət, qayğı və həssaslıqla yanaşdığını vurğulayıblar. Natiqlər eyni zamanda Azərbaycan dilinin mövcud vəziyyəti, orta məktəblərdə ana dilinin tətbiqi, Azərbaycan dilində səlis danışıq və düzgün yazı vərdişlərinin inkişafından bəhs etməklə mövcud problemlərin həlli istiqamətində tövsiyə və təkliflərini tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

Mütəxəssis Gülnar İsmayılova tərəfindən keçirilmiş interaktiv təlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Pərviz Seyidlinin müəllifliyi ilə səhnələşdirilən “Dünyanın ən gözəl dili” tamaşasından (Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri əsasında) Zəhrabəyim ananın və Gülbaharın monoloqları və şagirdlərin ifasında “Şuşanın dağları” mahnısı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı