Astarada 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş kross üzrə rayon turniri

Astarada 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş kross üzrə rayon turniri
18:53 19 Yanvar 2015
225 Ölkə
Ölkə mətbuatı
A- A+


Astara, 19 yanvar, AzərTAc
Yanvarın 19-da Astara Olimpiya İdman Kompleksində qızlar və oğlanlar arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 3000 metr məsafəyə kross qaçışı üzrə rayon turniri təşkil edilib.
AzərTAc xəbər verir ki, turnirdə rayonun ümumtəhsil məktəblərinin, Astara Pedaqoji Kollecinin, Olimpiya İdman Kompleksinin 150 nəfər idmançısı qələbə uğrunda mübarizə aparıb.
Yarışdan əvvəl atletika üzrə beynəlxalq dərəcəli hakim və məşqçi Fikrət Qafarov tədbir iştirakçılarına 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə azğınlaşmış Sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi terror haqqında məlumat verib.
Rayon turnirində qızlar arasında Elza Məmmədova (şəhər 2 nömrəli tam orta məktəbi), Aygün Rzayeva (şəhər 3 nömrəli tam orta məktəbi), Fatimə Şərbətova (şəhər 3 nömrəli tam orta məktəbi), oğlanlar arasında Hənif Məmmədov (şəhər 2 nömrəli tam orta məktəbi), Şıxəli Qasımov (şəhər 4 nömrəli tam orta məktəbi), Amid Rəhimov (Astara Olimpiya İdman Kompleksi) müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.
Qaliblərə rayon gənclər və idman idarəsinin diplomları və medalları verilib.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Astarada_20_Yanvar_sehidlerinin_xatiresine_hesr_olunmus_kross_uzre_rayon_turniri-825871

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR