Abid Şərifovun rəis kürəkəni təqaüdə göndərildi

Ədliyyə Nazirliyi Penitensiar xidmətində növbəti kadr dəyişikliyi olub.

Metbuat.az Unikal.az-a istinadən xəbər verir ki, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovu yaş həddi ilə əlaqədar təqaüdə göndərib.

Qeyd edək ki, işdən çıxarılan rəis Baş nazirin sabiq müavini Abid Şərifovun kürəkənidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı