Manatın məzənnəsinin sabit qalması ilə manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiyaya azaldıcı təsir göstərən əsas amillərdən olub, qeyri neft-qaz sektoru üzrə manatın nominal effektiv məzənnəsi 19,3% möhkəmlənib.
Metbuat.az xəbər verir ki, bu barədə “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.
Bildirilib ki, əvvəlki illə müqayisədə nisbətən zəifləyən orta illik inflyasiya yüksək olaraq qalmaqda davam edib, qiymət artımına hələ də davam edən idxal inflyasiyası, il ərzində artan pul bazası və məcmu tələbin aktivləşməsi təkan verib, bu da orta illik inflyasiyada xarici amillərlə yanaşı, daxili amillərin də rolu olduğunu deməyə imkan verib.