Azərbaycanda 16 mənzilli binada partlayış

Xudat şəhərində yaşayış binasında partlayış baş verib.

Metbuat.az bildirir ki, Xudat şəhərinin mərkəzində konserv zavoduna məxsus 16 mənzilli, iki mərtəbəli yaşayış binasında, Mais Mahmudova məxsus evdə partlayışla müşayiət olunan yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Hadisənin səbəbləri araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR