STM ilə Sankt-Peterburq Dövlət Universiteti arasında memorandum imzalandı

Sosial Tədqiqatlar Mərkəzinin IH üzvü, sədr müavini Elşad Mirbəşir oğlu Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfəri zamanı SPbDU-nun rektoru Nikolay Kropaçyevlə görüşüb və STM-lə SPbDU arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi ətrafında müzakirə aparıb.

Metbuat.az xəbər verir ki, rektor N. Kropaçyev Azərbaycanla Rusiya arasında elmi tədqiqatlar və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq ayrıca olaraq STM-lə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Görüş zamanı STM yaranması və fəaliyyəti haqqında məlumat verilib. Elşad Mirbəşir oğlu həmçinin SPbDU-nun nəzdində fəaliyyət göstərən Tətbiqi Sosiologiya Mərkəzi ilə yaxından tanış olub və mərkəzin iş təcrübəsi haqqında məlumat alıb.

SPbDU-nun tələbləri ilə keçirilən açıq mühazirə zamanı da STM haqqında məlumat verilib, sualları cavablandırılıb. Yekunda Sosial Tədqiqatlar Mərkəzi ilə Sankt-Peterburq Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR