Hakan Fidan Moskvada Bakı-İrəvan sülh müqaviləsini müzakirə etdi

Bazar ertəsi Rusiyaya səfərə gələn Türkiyənin xarici işlər naziri Hakan Fidan həmin gün Moskvada Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin ilə görüşüb.

Metbuat.az xəbər verir ki, həmçinin, Fidanın Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də danışıqlar apardığı bildirilir.

Məlumata görə, görüşlərdə Ukraynada nizamlanma, Qəzza zolağında, Suriyada vəziyyət və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlar müzakirə olunub.

Xatırladaq ki, Fidan 2023-cü ildə xarici işlər naziri təyin olunmazdan əvvəl uzun müddət Türkiyə Milli Kəşfiyyat Təşkilatına (MİT) rəhbərlik edib.

O, Rusiyaya səfəri çərçivəsində Nijni Novqorodda BRİKS+ ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. XİN rəhbərinin rusiyalı həmkarı Sergey Lavrovla danışıqları gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı