Şahmat üzrə Azərbaycan çempionatında üçüncü tura yekun vurulub

Şahmat üzrə Azərbaycan çempionatında üçüncü tura yekun vurulub
19:23 19 Yanvar 2015
151 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatında üçüncü turun oyunları başa çatıb. Çempionatda 20 zəka sahibi qələbə uğrunda mübarizə aparır.
AzərTAc xəbər verir ki, üç turdan sonra Nərmin Kazımova və Pərvanə İsmayılova hərəyə 3 xal toplayaraq çempionata liderlik edirlər. Ülviyyə Fətəliyeva və Türkan Həsənova isə liderlərdən yarım xal az toplayaraq 3-4-cü yerləri bölüşdürürlər. Çempionatda favorit sayılan beynəlxalq qrossmeyster Gülnar Məmmədova aktivinə 2 xal yazaraq 5-ci pillədə qərarlaşıb. Onunla eyni xal toplayan Zeynəb Məmmədyarova isə 6-cı yerdədir. Nərmin Məmmədova, Xanım Balacayeva 2, Səbinə İbrahimova, Aytən Əmrayeva və Səbinə Quliyeva 1,5, Xəyalə Abdulla, Ləman Hacıyeva, Xatun Bağırova, Gövhər Beydullayeva və Nərmin Söyünlü 1, Aydan Höccətova, Mələk İsmayıl və Bikəxanım Zamanova 0,5 xal toplayıblar. Aytac Heydərovanın aktivində isə hələ xal yoxdur.
İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilən çempionatın ümumi mükafat fondu 2500 manatdır.
Yarışda 1-3-cü yerləri tutan şahmatçılar Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunacaq. Qalib şahmatçılar həm də bu il şəxsi Avropa çempionatına iştirak edəcəklər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR