"Şamaxı" daha bir futbolçunu heyətinə qatdı

2024/2025 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən "Şamaxı" heyətini daha bir futbolçu ilə gücləndirib.

Metbuat.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi müdafiəçi Rafael Məhərrəmli ilə razılığa gəlib.

24 yaşlı oyunçu ilə 1 illik müqavilə bağlanıb.

Qeyd edək ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda bu gün Adil Nağıyevlə də 1 illik sözləşmə imzalayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR