Qarın piylərindən xilas olmaq çətin prosesdir. Çünki idmanla məşğul olub, pəhriz saxlayanlar belə bu bölgələrdəki yağların gec əridiyindən şikayət edirlər.
Metbuat.az Medicina.az-a istinadən xəbər verir ki, qarın piylərini ən qısa zamanda əritmək üçün cəfəridən faydalanmaq olar. Cəfəri bu baxımdan ən effektiv qidalardan biri hesab edilir.
Yağ yandırmaq istəyənlər cəfəridən smuzi hazırlaya bilərlər. Cəfəridən doğru istifadə ayda 4 kiloqram yağ atmağa kömək edə bilər.
Cəfərini çiy halda istehlak edə və ya onun şirəsini içə bilərsiniz. Kalorisi çox az olan bu göyərti arıqlamağınızı asanlaşdıracaq.
Cəfəri smuzisini 60 gün içmək məsləhət görülür.
Cəfərinin faydaları:
- İmmunitet sistemini gücləndirməyə kömək edir.
- Sidik yolları infeksiyalarından qoruyur.
- Astma və nəfəs darlığı kimi problemlərin həlli üçün idealdır.
- Maddələr mübadiləsini sürətləndirir.
- Qan şəkərinin səviyyəsini aşağı salır.
- Ödemin aradan qaldırılmasında təsirlidir.
- Qan təzyiqini tənzimləyir.
Cəfəri smuzisinin tərkibi:
Yarım dəstə cəfəri,
1/2 stəkan su,
2 xörək qaşığı təzə limon şirəsi
Hazırlanması:
Yuxarıda qeyd olunan bütün inqrediyentləri blender vasitəsilə maye halına gətirin. Hazırladığınız qarışığı dərhal istehlak etməyiniz məsləhətdir. Beləliklə, orqanizminizi A, C və K vitaminləri ilə də təmin etmiş olacaqsınız.