Neft-qaz sektoruna nə qədər sərmayə qoyulub?

Cari ilin yanvar-may aylarında Azərbaycanın neft-qaz sektoruna 2 468,4 mln. manat həcmində vəsait yönəldilib.

Bu barədə Metbuat.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd olunur ki, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 11,5% artıb.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 6 265,5 mln. manat həcmində vəsait yönəldilib. 2022-ci ilin göstəricisi ilə nisbətən ötən il neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 10,9% artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı