"Barselona" "Fənərbaxça"nın istədiyi İlkay barədə qərarını verdi

"Barselona" Maliyyə Fair Play qaydalarına görə İlkay Gündoğan üçün təklifləri nəzərdən keçirə bilər.

Metbuat.az xəbər verir ki, futbolçu özü klubdan ayrılmaq istəmir. “Sport”un məlumatına görə, "Barselona" Maliyyə Fair Play qaydalarına görə, satmaq istəmədiyi Gündoğanı göndərə bilər. Bildirilir ki, İlkay özü komandadan ayrılmaq istəsə “Barselona" onun transfer işlərini asanlaşdıracaq. Məlumatda deyilir ki, “Mançester Siti”dən transfer haqqı olmadan transfer edilən İlkay Gündoğanın komandadan ayrılacağı təqdirdə, Maliyyə Fair Play qaydalarına görə əldə edilən transfer gəliri xalis gəlir olacaq.

Qeyd edək ki, "Fənərbaxça" klubunun İlkay Günodğanı transfer etmək istədiyi barədə xəbərlər dərc edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı