Türk klubundan sürpriz həmlə - Qrizmann qərar verdi

"Atletiko Madrid"də çıxış edən ulduz futbolçu Antuan Qrizmann klubdan ayrılmaq üzrədir.

Metbuat.az xəbər verir ki, “Fənərbaxça” hücumçunu transfer etmək üçün hərəkətə keçib. İspaniya mediasının məlumatına görə, “Atletiko Madrid” futbolçunu göndərmək istəyir. Hücumçu özü də buna razıdır. “Fənərbaxça”nın artıq Qrizmannla əlaqə saxladığı deyilir. "Fənərbaxça"nın Qrizmanna 3 illik müqavilə təklif etdiyi iddia edilir. Bildirilir ki, Antuan Qrizmannın 10 milyon avroluq sərbəst qalma məbləği var.

Səudiyyə Ərəbistanı və MLS komandaları təcrübəli futbolçunu böyük məbləğdəki maaşla razı salmaq istəyir. Fransız ulduz son qərarını AVRO-2024-dən sonra vermək istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR