Özündən böyük keçmiş arvadını 14 bıçaq zərbəsi ilə öldürdü - Hökm

Şəki Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşının qətlində təqsirləndirilən Əli Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Metbuat.az-ın məlumatına görə, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə, Ə. Səmədov 17 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il noyabrın 24-ü saat 9 radələrində Zaqatala şəhəri ərazisində baş verib. Şəhər sakini, 1989-cu il təvəllüdlü Aygün Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1991-ci il təvəllüdlü Əli Səfərovun şəhərin Həzi Alsanov küçəsində şəxsi münasibətlər zəminində Aygün Həşimovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Səfərov şübhəli şəxs qismində tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR