Ali Məhkəmə adından dələduzluq edənlərə cinayət işi açıldı

Azərbaycan Respublikası Ali Məhkəməsinin Baş Prokurorluğa müraciəti əsasında dələduzluqda şübhəli bilinən 3 nəfər barəsində cinayət işi başlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

"Həmin şəxslər Ali Məhkəmədə baxılan mülki və cinayət işlərini zərərçəkmişlərin və ya tərəflərin xeyrinə həll edəcəklərini vəd edərək, onların müəyyən məbləğdə pullarını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.

Faktlarla bağlı 3 nəfər barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin müvafiq hissələri ilə cinayət işi başlanıb, 1 nəfər haqqında isə araşdırma aparılır.

Ali Məhkəmə bildirir ki, məhkəmələrin, habelə hakimlərin adından istifadə edərək, qanunsuz əməllərə yol verən şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.

Eyni zamanda vətəndaşlara tövsiyə edilir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada həmin fəaliyyətlə peşəkar şəkildə məşğul olan şəxslərə və ya qurumlara müraciət etsinlər", - deyə məlumatda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı