Merih Demiral türk klubuna doğru - Danışıqlar başladı

Türkiyəli müdafiəçi Merih Demiral "Fənərbağça"ya keçə bilər.

Metbuat.az bildirir ki, bu barədə türk mediası məlumat yayıb. Məlumata görə, klub artıq oyunçu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Merih "Fənərbağça"nın yetirməsidir. O, hazırda Səudiyyə Ərəbistanının “Əl Əhli” klubunda forma geyinir və son mövsümdə 21 matçda meydan çıxıb. Oyunçu Türkiyə millisinin heyətində 48 oyun keçirib və 4 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı