Ötən gün Amerika Kubokunun yarımfinalında Kanadanın qapısına yol tapan Lionel Messi Argentina millisindəki qollarının sayını 109-a çatdırıb.
Metbuat.az bildirir ki, bununla da ulduz futbolçu iranlı Əli Daeini (108) qol sayında geridə qoyub və milli komandalarda ən çox qol vuran futbolçular siyahısında ikinci yerə yüksəlib. İlk pillədə isə portuqaliyalı ulduz Kriştiano Ronaldo yer alıb - 130 qol.
Qeyd edək ki, Argentina millisi Kanadaya 2:0 hesabı ilə qalib gələrək Amerika Kubokunun finalına çıxıb.
Xatırladaq ki, Kriştiano Ronaldo hazırda keçirilən Avropa çempionatında qol vura bilməyib və bu, onun qolsuz keçirdiyi ilk böyük yarış olub.