Günel verilişdən qovulub? - Nazilə gerçəyi açıqladı

“Güneli verilişdən qovmayıblar, özü ərə gedib. Məni işə dəvət ediblər. Kiminsə yerini tutmamışam”.

Metbuat.az-ın Olay.az-a istinadən məlumatına görə bu sözləri şairə Nazilə Səfərli deyib. O, bir izləyicisinin “”Banu” verilişini sən aparma. Günel (Günel Həsənzadə - red) yerinə gəlsin” fikrinə cavab verib:

“Günelin ərdən boşanıb dönməyini arzulayırsan? Məni bəyənməyə məcbur deyilsən. Verilişimə baxma heç. Bir sən baxmasan, mənə nə olacaq ki? Bir də boş vaxtını başqalarını sancmağa sərf etmə. Bir dön həyatında gör nə qədər çatışmazlıq var. Özünlə məşğul ol ki, xoşbəxtliyin sənə gəlsin. Yazığım gəldi sənə. Xoşbəxt deyilsən. Xoşbəxt qadın heç kimin qəlbini qırmaz”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR