İlkin Əhmədov haqqında yayılan xəbərlərə aydınlıq gətirdi

Əməkdar artist İlkin Əhmədov səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə o, "İnstagram"da paylaşım edib:

“Tiktok-da və digər saytlarda səhhətimlə bağlı yazılan xəbərlərdən narahat olmamağınızı rica edirəm. Bu hadisə çox uzun illər öncə baş verib, fəsadsız ötüşmüşdü. Verilişlərin birində söz düşdü, mənim səhvim isə o hadisəni xatırlayaraq əzizlərimin narahatlığına səbəb olmağım oldu”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı