Prezident müşavirini Messiyə görə işdən qovdu - “Ona nə edəcəyini öyrədə bilməzsən”

Argentina Prezidenti Xavyer Milei idman müşaviri Xulio Qarronu işdən çıxarmaq qərarına gəlib.

Metbuat.az xəbər verir ki, ölkə rəhbəri idman müşavirini Lionel Messiyə görə işdən qovub. Xarici medianın iddiasına görə, Xulio Qarro futbolçu Enzo Fernandezin davranışına görə millinin kapitanı Lionel Messinin üzr istəməsini tələb edib. Prezident bəyanatında deyib: “Heç kim Dünya Çempionuna nə düşünəcəyini, nə edəcəyini və ya nə deyəcəyini deyə bilməz”.

Qeyd edək ki, Enzo Fernandes Fransa millisi haqqında irqçi mahnı oxuması ilə gündəmə gəlmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı