Bu ərazilərdə işıq olmayacaq

Naxçıvan şəhərinin bir sıra küçələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Metbuat.az-a Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 23-də şəhərin Həsən Əliyev, İslam Səfərli və Nizami Gəncəvi küçələrində (Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin inzibati binasının və 4 nömrəli tam orta məktəbin ətrafındakı məhəllələrdə) elektrik enerjisinin verilişində saat 15:00-dan 17:00-dək fasilələr yaranacaq.

Qeyd edək ki, fasilə yeni yüksəkgərginlikli elektrik xətlərində aparılan köçürmə işləri ilə əlaqədardır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı