Bülbüloğlu ilə bağlı MSK-dan açıqlama

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu növbədənkənar parlament seçkilərində namizədlik üçün müraciət edib.

Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Qeyd edilib ki, Polad Bülbüloğlunun 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputatlığa namizədliyinin irəli sürülməsi təsdiq edilib.

MSK-dan o da bildirilib ki, ona imza vərəqələri verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı