183 məzun məktəbi qızıl nişanla bitirib

Azərbaycanda 183 məzun məktəbi qızıl, 39-u isə gümüş nişanla bitirib.

Metbuat.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb.

Əmrə əsasən, ölkə üzrə 183 məzun qızıl, 39 məzun isə gümüş nişana layiq görülüb. Təltif olunan təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.

Siyahıya əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 36-sı qızıl, 14-ü gümüş nişana layiq görülüb. Belə ki, paytaxt üzrə 5, 31, 42, 44, 60, 93, 104, 117 (2 nəfər), 182, 189-190 (2 nəfər), 212, 247 (2 nəfər), 269, 276, 281 (2 nəfər), 313 nömrəli tam orta məktəblərin, 287 nömrəli “Zəkalar” (3 nəfər), 72, 220, 246, 252 (2 nəfər) nömrəli məktəb-liseylərin, ”Ankara məktəbi” məktəb-liseyin, “Tərəqqi” texniki-humanitar liseyin (2 nəfər), Humanitar fənlər təmayüllü məktəb-liseyin (4 nəfər), Məktəb-Lisey Kompleksinin şagirdləri qızıl, 1, 36, 60, 100, 114, 244, 295, 314 nömrəli tam orta məktəblərin, 220 nömrəli məktəb-liseyin, ”Ankara məktəbi” məktəb-liseyin, Məktəb-Lisey Kompleksinin, Humanitar fənlər təmayüllü məktəb-liseyin (2 nəfər), Texniki-humanitar liseyin şagirdləri isə gümüş nişanla təltif edilib.

Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı