Bu il keçid balları artacaq? - DİM-dən AÇIQLAMA

"Ali təhsil müəssisələrinə qəbul balı ötən illə müqayisədə bu il arta bilər"

Metbuat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Misirov Vəfadar bu gün media nümayəndələrinin suallarını cavablandırarkən deyib.

    O bildirib ki, ötən il ilə müqayisədə bəzi qruplarda qəbul balında artım ola bilər. Gələn həftə abituriyentlər üçün kitabçalar dərc olunacaq. Lakin hansı qruplar üzrə dəyişiklik olması ixtisas seçimindən sonra dəqiq məlum olacaq:

    "Ali təhsil müəssisələrinə ixtisas seçimi prosesi avqustun 19-a kimi davam edəcək. Sonrakı mərhələdə kolleclərə ixtisas seçimi elan olunacaq".


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı