Konfrans Liqası: “Sabah” və “Zirə” cavab matçına çıxır

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçiləri “Sabah” və “Zirə” bu gün II təsnifat mərhələsində cavab oyunlarına çıxacaqlar.

Metbuat.az xəbər verir ki, “Sabah” “Bank Respublika Arena”da” İsrailin “Makkabi” (Hayfa) komandasını qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

“Zirə” isə Slovakiyada yerli “Dunayska Ştreda”nın qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Qeyd edək ki, ilk matçlarda “Sabah” səfərdə 3:0, “Zirə” isə evdə 4:0 hesablı qələbə qazanıb.

1 avqust

Saat 20:00 “Sabah” - “Makkabi” (Hayfa)

Baş hakim: Peter Kraloviç

Baş hakimin köməkçiləri: Tomaş Straka, Matey

Zemko

Dördüncü hakim: Boris Marhefka

(Hakimlər briqadası Slovakiyadandır)

“Bank Respublika Arena”

Saat 22:30 “Dunayska Ştreda” - “Zirə”

DAC Arena. Saat 22:30

Baş hakim: Yovan Kaçevski

Baş hakimin köməkçiləri: Slaqyan Markoski, Branko Putilin

Dördüncü hakim: İvana Proykovska

(Hakimlər briqadası Şimali Makedoniyadandır)

“DAC Arena”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR