Basketbol millimiz məğlub oldu

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti oyununu keçirib.

Metbuat.az xəbər verir ki, milli komanda bu dəfə Kanada ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 21:19 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ABŞ ilə Çinə qalib gələrək tarixi uğura imza atmış Azərbaycan yığması daha əvvəl Fransa, İspaniya, Almaniya və Avstraliyaya məğlub olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR