Səhərlər bu içkiləri içmək təhlükəlidir

Günə düzgün içkilərlə başlamaq enerjini və ümumi sağlamlığı qorumaq üçün vacibdir. Bununla belə, günortadan əvvəl yüksək şəkərli içkilər içmək gün ərzində qan şəkərinin əhəmiyyətli dərəcədə artmasına və düşməsinə, həmçinin iltihabın artmasına səbəb ola bilər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, dietoloqlar günortadan əvvəl üç içkini içməyi məsləhət görmürlər:

Meyvə şirələri - Mağazadan alınan meyvə şirəsinin bir çox mənfi cəhətləri var. Çox vaxt konsentratlaşdırılmış şəkər ehtiva edir və tərkibində lif yoxdur. Lif olmadan isə şirənin tərkibindəki şəkərlər qana sürətlə qarışır və şəkərin artmasına səbəb olur. Ona görə, meyvə şirələrini evdə hazırlamaq daha doğrudur.

Kokteyl - Mağazadan alınan bu içkilər sağlam görünə bilər, lakin onların tərkibində çox vaxt meyvə şirələri qədər şəkər var. Bu da sağlamlıq üçün təhlükə yaradır.

Şirin kofe içkiləri - Bir fincan qəhvə səhərinizi yaxşılaşdıra bilər, lakin kremlə doldurulmuş latte və kapuçino kimi şirin seçimlər zərərli ola bilər. Bu içkilər qanda şəkərin səviyyəsinin artmasına və iltihabı səbəb olur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR