Yarımfinalda iki azərbaycanlı rəqib oldu - FOTO

Paris Yay Olimpiya oyunlarınının yunan-Roma güləşi üzrə yarımfinalda təmsilçimiz Həsrət Cəfərovun rəqibi bəlli olub.

Metbuat.az xəbər verir ki, idmançımız Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə üz-üzə gələcək. H. Cəfərov Azərbaycan əsilli Ukrayna yunan-Roma güləşçisi, Tokio Olimpiya Oyunlarının gümüş mükafatçısı Pərviz Nəsibovla qarşılaşacaq.

***

Paris Yay Olimpiya oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.

Metbuat.az xəbər verir ki, idmançımız Həsrət Cəfərov növbəti görüşünə çıxıb.

    O, 1/4 finalda Moldova təmsilçisi Valentin Petiçlə qarşılaşıb.

    İdmançımız rəqibini məğlub edərək yarımfinala yüksəlib.

    ***

    13.44

    Paris Yay Olimpiya oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.

    Metbuat.az xəbər verir ki, idmançımız Həsrət Cəfərov 67 kq çəki dərəcəsində mübarizəyə qoşulub.

    O, ilk Olimpiya oyununda Misir təmsilçisi Mohamed Eısayed ilə üz-üzə gəlib.

    1/8 finalda mübarizəyə başlayan Həsrət Cəfərov rəqibini məğlub edib - 9:0.

    Beləliklə, o 1/4 final mərhələsinə vəsiqə qazanıb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı