Ferdi qərarını verdi - Bu kluba keçmək istəyir

Bir çox Avropa klubunun maraq dairəsində olan Türkiyə millisinin və "Fənərbağça"nın futbolçusu Ferdi Kadıoğlu transferlə bağlı qərarını verib.

Metbuat.az xəbər verir ki, bu barədə "NTV Spor" yazır. Məlumata görə, İngiltərənin "Brayton" klubundan 35 milyon avroluq təklif alan futbolçu özü də bu transferi istəyir. O, karyerasında yeni səhifə açmaq niyyətindədir.

"Fənərbağça"nın isə Ferdi Kadıoğlu ilə 5 illik yeni müqavilə imzalamaq istədiyi xəbərləri mediada yayılıb.

Qeyd edək ki, İstanbul təmsilçisi Ferdi Kadıoğlunu 2018-ci ildə Hollandiyanın "NEC Nijmegen" kollektivindən transfer edib. O, türk klubunda 200-dən çox oyunda meydana çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı