"Kalaşnikov" konserni Rusiya ordusu üçün yeni 5.45 mm çaplı yüngül pulemyot (RPL) və ona uyğun lüləaltı qumbaraatan modelini nümayiş etdirib.
Metbuat.az xəbər verir ki, bu barədə məlumatı "İzvestiya" nəşri yayıb.
Təqdimat zamanı baş konstruktor Sergey Urjumtsev "RPL-20"nin ilk partiyasının artıq istehsal edildiyini bildirib.
Onun sözlərinə görə, "RPL-20" və "GP-46" lüləaltı qumbaraatan sistemi geniş inkişaf potensialına malikdir və gələcəkdə daha da təkmilləşdirilə bilər.