Qarabağ Universitetinə imtahansız qəbul oldu - FOTO

Atilla Muradlı Qarabağ Universitetinin ilk tələbəsi olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərgiz Arifqızı öz feysbuk hesabında məlumat verib.

O bildirib ki, Atilla Muradlı mövcud qaydalara əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqədənkənar qaydada universitetin ilk tələbəsi olacaq.

"Atilla Elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil almaq istəyir. Atilla elm və təhsil nazirinin müvafiq əmri ilə “Təhsildə xüsusi nailiyyətləri ilə fərqləndiyi üçün qızıl döş nişanı”na layiq görülüb. O, Lütfizadə adına Respublika məntiq olimpiadası, N.Nəbiyev adına Respublika fizika müsabiqəsi, Respublika Astronomiya olimpiadası, Fizika fənni üzrə Respublika fənn olimpiadaları qalibi və mükafatçısıdır.

Əldə etdiyi nəticələrdən asılı olmayaraq, hər bir tələbəmiz bizim üçün dəyərlidir, əzizdir. Çünki məhz onlar ilə birgə Qarabağ Universitetini qurub böyüdəcəyik", - deyə N. Arifqızı əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR